Baş prokuror Gəncədə erməni terroru qurbanlarının xatirəsini anıb
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Gəncə şəhərində səfərdədir.
Baş prokuror Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Gəncədə törədilən terror hadisəsinin baş verdiyi əraziyə gəlib, həlak olan dinc sakinlərin xatirəsini anıb.
Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb.

