Dələduzluq edən keçmiş məhkum saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini L.Ağayevaya qarşı dələduzluq etməkdə, Binəqədi qəsəbəsi ərazisindəki mağazaların birində işləyən T.Abbasovanın cüzdanından pul və qəsəbə ərazisindəki neft quyularının birindən 910 manat dəyərində elektrik mühərrikini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Coşqun Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

