Dövlət Gömrük Komitəsi tərəfindən 409 cinayət xarakterli fakt aşkarlanıb

Yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən 409 cinayət xarakterli fakt aşkarlanıb.

Komitədən  bildirilib ki, bunlardan 57-si narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 90-ı qaçaqmalçılıq və 311-i isə digər cinayət xarakterli faktlardır. Bu əməlləri törədən şəxslərin sayı 417 nəfər olub.