Balakən sakinindən avtomat silah aşkarlanaraq götürülüb

Balakən sakininin gizlətdiyi “AKS-74” markalı avtomat silah aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Balakən Rayon Polis Şöbəsi və Şəki Penitensiar Müəssisəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində penitensiar müəssisədə saxlanılan Balakən rayonunun Qullar kənd sakini İbrahim Muğumovun 2011-ci ildə tapıb yardımçı təsərrüfatında gizlətdiyi, torpağa basdırılmış və nömrəsi silinmiş “AKS-74” markalı avtomat silah aşkarlanıb.