Azərbaycanla İran arasında iqlim dəyişmələri üzrə birgə elmi araşdırmaların inkişaf etdirilməsi müzakirə olunub
İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Milli Hidrometeorologiya Xidmətində görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə xidmətin fəaliyyət istiqamətləri, hidrometeoroloji şəbəkənin modernləşdirilməsi üzrə əldə edilmiş nailiyyətlər, işğaldan azad olunmuş ərazilərdə hidrometeoroloji müşahidələrin bərpası istiqamətində görülən işlər barədə məlumat verilib.
Eyni zamanda, Azərbaycanın İranla həmsərhəd bölgələrində hidroloji, meteoroloji və digər müşahidə məlumatlarının mübadiləsinin mümkünlüyü, iqlim dəyişmələri üzrə birgə elmi araşdırmaların inkişaf etdirilməsi və əməkdaşlığın perspektivləri sahəsində fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar Milli Hidrometeorologiya Xidmətinin nəzdində fəaliyyət göstərən Situasiya Mərkəzinin işi ilə tanış olublar.

