İstehlaka yararsız müxtəlif növ süd məhsulları məhv edilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat veirlib.
İstehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “AZ FP CO LTD” MMC-yə məxsus 69 adda, 12.311,59 kq müxtəlif növ süd məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütamadi olaraq müvafiq tədbirlər həyata keçirir.

