Son iki gün ərzində meşə fondu torpaqlarında 22 mindən çox ağac əkilib

Payız ağac əkini mövsümü başlayandan bu günədək meşə fondu torpaqlarının açıq və seyrək ərazilərinin ümumilikdə 74 hektar sahəsində 42 min 246 ədəd ağac tingi əkilib, 4 min 358 kiloqram toxum səpilib.

Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, təkcə dünən və bu gün Qəbələ, Quba, Bərdə, Şabran, Lənkəran, Tovuz, Şəmkir, Göygöl, Ağcabədi və Sabirabad rayonlarının meşə ərazilərinin 29 hektar sahəsində 22 min 246 ədəd ağac tingi əkilib, 1358 kiloqram toxum səpilib. Əkilən ağac tingləri meşə təsərrüfatlarının tinglik sahələrində yetişdirilib”.