Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 14 santimetr azalıb
Oktyabrın 28-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar və Gəncəçayın Zurnabad məntəqələrində suyun səviyyəsi 1 santimetr artıb. Kürəkçayın Toğana, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində 4, Viləşçayın Şıxlar məntəqəsində 2, Təngərüdçayın Vaqo məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 175 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 106 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə eynidir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 35,5 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 39 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 2 dəfə azdır.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 14 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 91 kubmetr təşkil edir. Bu da ongünlük normanın 22 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 49 faiz çoxdur.
Şirvan məntəqəsində suyun səviyyəsi 6 santimetr azalaraq 133 santimetr olub. Bankə məntəqəsində isə suyun səviyyəsi 3 santimetr azalaraq 88 santimetr təşkil edib.

