Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda oktyabrın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-15°, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 0-4°, gündüz 5-10° isti olacağı gözlənilir.

