Masazır qəsəbəsindəki yanğın söndürülüb
Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən üçmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yanğın nəticəsində ilkin məlumata əsasən, hər mərtəbəsi 500 kvadratmetr olan üçmərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektlərin yerləşdiyi binanın mansardasında ümumi sahəsi 500 kvadratmetr olan restoranın mətbəx mebeli 3 kvadratmetr və dam örtüyü 100 kvadratmetr sahədə yanıb.
Binanın böyük hissəsi yanğından mühafizə edilib.
Faktla bağlı təhqiqat aparılır.

