DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub

Oktyabrın 31-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarılan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, dörd nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı beş fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.