Mədəniyyət nazirliyində daha bir şöbə müdiri istintaqa cəlb olunub (ƏLAVƏ OLUNUB)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan növbəti vəzifəli şəxsin adı məlum olub.

Nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov istintaqa cəlb olunub.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Protokol Şöbəsinin rəisi Kamil Rzayev də və digər vəzifəli şəxslər də istintaqa cəlb olunublar.//Trend