Dəm qazından boğulan şəxs Azərbaycan Ordusunun hərbçisi deyil - MN

Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən bildirilib ki, Müdafiə Nazirliyinin bazasında qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil.

Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq.