Nazir Rəşad Nəbiyevin Göygöldə vətəndaşlarla görüşünün vaxtı dəyişib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin noyabrın 11-də Göygöl şəhərində Samux, Daşkəsən, Göygöl, Xocalı, Şəmkir, Gədəbəy, Kəlbəcər rayonlarının, həmçinin Gəncə və Naftalan şəhərlərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, Rəşad Nəbiyev vətəndaşları Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Hummel küçəsi 2) noyabrın 22-də saat 10:00-da qəbul edəcək.