Firdovsi Əliyev: Ağacəkmə aksiyalarının ekoloji təbliğat cəhətdən mühüm əhəmiyyəti var

Çox təqdirə layiq haldır ki, dövlət qurumları öz peşə bayramlarını, məxsusi günlərini təbiət qoynunda keçirtməyə qərar verirlər. Bu yalnız istirahət etmək deyil, eyni zamanda təbiətə dost münasibətin formalaşdırılmasında çox önəmli bir missiyadır.

Yerveinsan.az bildirir ki, bunu Ali Məhkəmənin yaradılmasının 100 illiyinə həsr olunan ağacəkmə aksiyasında AZƏRTAC-a müsahibəsində ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, bugünkü aksiyada 4 hektar ərazidə 2 minə yaxın zeytun və Eldar şamı ağacları əkilib. Bu ağaclar Abşeronun iqlim şəraitinə uyğun ağaclardlr. Ərazi damcı suvarma şəbəkəsi ilə təmin edilib.

Vətəndaşlara bu aksiyalarda daha yaxından iştirak etmələrini tövsiyə edən nazir müavini qeyd edib ki, ağacəkmə aksiyalarının ekoloji təbliğat cəhətdən mühüm əhəmiyyəti var.