FHN: Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb

Paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə nazirliyin mətbuat xidmətindən  məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.