Qazimiz işlə təmin olundu

Yerveinsan.az xəbər verir ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Teymurlu Seymur Əbülfət oğlu “AzerGold” QSC-nin törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC-də işlə təmin olunub. O, Filizə Nəzarət texniki vəzifəsində fəaliyyət göstərəcək. Teymurlu Seymur Əbülfət oğlu Oğuz rayonu Xaçmaz kəndində anadan olub. Bakı Dövlət Universitetinin Geologiya mühəndisliyi ixtisasını bitirib. Ali təhsilini bitirdikdən sonra Seymur həqiqi hərbi xidmətə yola düşüb. O, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.