Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bu gün verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 19-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

