Daha 100 nəfər Ağalıya köçürüləcək

Gələn il martın sonuna qədər Ağalıya əlavə 100 nəfərin  köçürülməsi planlaşdırılır. 

Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda keçirilən beynəlxalq konfransda məlumat verib.

O əlavə edib ki, gələn ilin ortalarında Zəngilandakı digər kəndlərin də tikintisinə başlanılacaq.