Sosial qruplara hüquqi yardım necə həyata keçirilməlidir?

Azərbaycan Respublikası QHT-lərə  Dövlət  Dəstəyi Agentliyinin maliyyə  yardımı ilə Jurnalist Qadınlar Assosiasiyasının  "Sosial qruplara hüquqi yardımın təşkili” layihəsinin davamı olaraq növbəti Dəyirmi masa keçirilib. "Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid ailələrinə dəstək  İctimai Birliyinin ofisində baş tutan tədbirdə  şəhid ailələri, qazilər və müharibə veteranları iştirak edib.

Tədbiri giriş sözü ilə açan "Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid ailələrinə dəstək  İB-nin rəhbəri Qalib Əliyev görüş iştirakçılarına hökümətin yürütdüğü sosial siyasət barədə məlumat verib. O,  Jurnalist Qadınlar Assosiasiyasının fəaliyyətini-sosial qruplara hüquqi yardımın təşkili  işini yüksək qiymətləndirib.


Tədbirdə çıxış edən  Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova da öz növbəsində ev sahiblərinə minnətdarlığını bildirib. Dəyirmi masada iştirak edən dinləyiciləri  Zəfərimizin ikinci il dönümü münasibətilə  təbrik etib. Xanım Yusifova Azərbaycan Respublikası QHT-lərə  Dövlət  Dəstəyi Agentliyinin milli məsələrə həssas yanaşdığını və son illər qurumun prioritet mözvuları sırasında məhz sosial qrupların maarifləndirilməsi məsələsinin olduğunu bəyan edib. 


S.Yusifova indiyə kimi görülən işlər barədə də danışdı. O bildirib ki, ölkədə həyata keçirilən sosial islahatlar və sosial dəstək proqramları müharibə iştirakçılarını əhatə edir. Məhz, Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə Azərbaycan Respublikasının qanunlarından bir qisminə dəyişikliklər edilib. Bu dəyişikliklər müharibə iştirakçılarının, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması məqsədi ilə görülüb. 


S.Yusifova sosial mediada rast gəldiyimiz narazılıqlar haqqında da söhbət acıb. Məruzəçi qeyd edeib ki, bir qisim insanlarımızın məlumatsızlığı, qanunvericiliklə onlara verilən hüquqlardan xəbərsiz olması  cəmiyyətdə çaşbaşlıq yaradan informasiyaların yayılmasına gətirib çıxarıb.   Bəzi vətəndaşlarımız öz hüquqlarını bilməməsi səbəbindən üzləşdiyi "maneələrin” həlli yollarını sosial mediyada ictimailəşdirməkdə görür. Bu və digər səbəbləri analiz etdikdə o nəticəyə gəlirik ki, toplumda həssas qrupların  maarifləndirilməsi zərurəti mövcuddur. 
 Toplantıda çıxış edən  qazi Şirinov Ramin bir neçə istiqamətdə hökümətin  apardığı uğurlu fəaliyyətdən, qazi və şəhid ailələrinə göstərdiyi  yardımlardan, ev və maşınların təqdim olunması, torpaq sahələrinin verilməsi, xırda sahibkarlıq üçün yradılan şəraitdən danışıb. 

Dəyirmi masada iştirak edən qazi Şəkərov Qadir, Hüseynəliyev Həmzə, Əhmədov Emil,  Qurbanov Rauf, Cavadov Mətin bildirdilər ki, onların həm ev problemləri var, həm də işsizdilər. Müxtəlif təşkilatlara ünvanladıqları müraciətlər həllini tapmır. Çıxış edənlər ən çox  işsizlikdən əziyyət çəkdiklərini  və əlillik təqaüdlərinin dayandırılmasından danışdılar. Əksər  müharibə iştirakçıları bəzi məmurların biganəliyindən və bəzi şavadsız kadrların yarıtmazlıqlarından da gileyləniblər. 

 Müfəttiş Hüquq Mərkəzinin sədr müavini, "Sosial qruplara hüquqi yardımın təşkili” layihəsinin  eksperti Mobil Vəkiloğlu sosial qruplara verilən güzəştlərdən, imtiyazlardan danışıb. 

Toplantıda müzakirələrə qatılan hüquqşünas  Azər Səfərov çıxış edərək, hər bir döyüşçünün probleminin hüquqi müstəvidə həlli üçün tövsiyyələrini verib. 

Dəyirmi masanın sonunda  "Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid ailələrinə dəstək  ictimai birliyinin sədr müavini Məcid Məmmədov təmsil olunduğu qurum adından bir sıra təkliflərlə çıxış edib və bu cür platformlarda müzakirələrin faydalı olduğunu və layihənin icra müddəti bitdikdən sonar da birgə əməkdaşlığın faydalı olacağından danışıb.