Şuşaya mövsümün ilk qarı yağıb
Şuşa, 1 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Şuşa şəhərinə mövsümün ilk qarı yağıb.
Gecə saatlarında yağan qar şəhərin gözəlliyinə xüsusi çalar qatıb. Havanın hərarəti əvvəlki günlərlə müqayisədə xeyli aşağı düşüb.

