Bankomatları qarət edən şəxs saxlanılıb

Şirvanda bankomatları qarət edən şəxs saxlanılıb.

Yerveinsan.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, şübhəli bilinən şəhər sakini Cavidan Məlikovdur. Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib. Araşdırmalar zamanı onun zərərçəkənələrin ümumilikdə 540 manat pulunu ələ keçirməsi müəyyən edilib. 

Faktla bağlı C.Məlikov barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır. 

Polis əməkdaşları C.Məlikovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.