“Oba” marketdən pul seyfini oğurlayanlar saxlanıldı
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Namik Şirinov və Əli Əliyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxslər rayon ərazisindəki "Oba" marketdən içərisində 2 min manat pul olan seyfi, müxtəlif növ siqaretləri və spirtli içkiləri oğurladıqlarını etiraf ediblər.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.

