Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəfat etdi
Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib.
Yerveinsan.az xəbər verir ki, o bu gün səhər saatlarında ürək tutmasından 65 yaşında dünyasını dəyişib.
M.Nəbiyev 1957-ci ildə anadan olub. O, 2000-ci ildən Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin və 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışıb.

