Nərimanov rayonunda yataqxanada yanğın olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində yanğın olması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən bildiriblər dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin yanğınsöndürmə və xilasetmə qüvvələri cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın digər mənzillərə keçməsinin qarşısı alınmaqla qısa vaxtda söndürülüb. Ümumilikdə yanğın nəticəsində ümumi sahəsi 20 kvadratmetr olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.
Hadisə yerindən yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

