Binəqədi və Nəsimi rayonlarının bir hissəsində içməli suyun verilişində fasilə yaranıb

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.

Yerveinsan.az-ın xəbərinə görə, bunu "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.