Şirvanda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

Şirvanda ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq, habelə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşların şikayəti əsasında onlara qarşı yüksək məbləğdə dələduzluq əməli törədən şəxs saxlanılıb. Şirvan şəhər sakini, Təbriz Səmədağa oğlu Cəfərov Şirvan şəhərində bir vətəndaşdan 20 min manat, iki vətəndaşdan ayrı-ayrılıqda 10 min manat, digər vətəndaşın isə bank kartındakı pulunu talamaqda şübhəli bilinir. Polis əməkdaşları T.Cəfərovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət məcəlləsinin 177 və 182-ci maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.