Bayram günləri sərnişin qatarlarının işi optimallaşdırılacaq

Sərnişinlərin artan tələbatını nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Yeni il bayramı günləri ilə bağlı sərnişin qatarlarının optimallaşdırılmasını həyata keçirəcək.

Yerveinsan.az xəbər verir ki, bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, Zəfər Günü ilə bağlı Bakı-Sumqayıt marşrutu üzrə istifadə olunan ehtiyyat qatarlardan Gəncə istiqaməti üzrə istifadə olunub.

“Bu cür optimallaşdırma Yeni il üçün də istifadə olunacaq”, - Rövşən Rüstəmov qeyd edib.