Ədliyyə naziri Qobustanda vətəndaşları qəbul edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 14-də Qobustanda ədliyyə fəaliyyəti ilə bağlı Qobustan, Şamaxı və Ağsu rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Yerveinsan.az Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, vətəndaşlar qəbula Sumqayıt regional ədliyyə idarəsi (ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 64, əlaqə telefonu: (018) 642-44-11, (050) 406-68-53), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 099-317-22-05 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.