Rusiya sülhməramlılarının məsuliyyət zonasında etiraz aksiyası davam edir - Foto

Qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqunun Laçın-Şuşa yolunda etiraz aksiyası gecə saatlında da davam edir.

Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. 

Bu gün səhər saatlarından etibarən Şuşa şəhəri ətrafında Rusiya sülhməramlılarının postunda etiraz aksiyası keçirən Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər.

Etirazçılar məsələ həll olunana qədər qədər burada qalacaqlarını deyirlər.

Onlar sülhməramlı kontingentin komandiri Andrey Volkovun gəlişini tələb edirlər.