Abşeronda avtobus piyadanı vuraraq öldürüb

Abşeron rayonu, Masazır qəsəbəsində avtobus piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mmtbuat xidmətindən  verilən məlumata görə, hadisə dekabrın 12-si saat 18 radələrində qeydə alınıb.

Sumqayıt şəhər sakini A.Ağaquliyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini U.Bağırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.