Ötən gün ölkə ərazisində qeydə alınan 32 cinayətin üstü açılıb

Dekabrın 13-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 31 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarılan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən dörd yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, beş nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı iki fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.