Səngəçal qəsəbəsindəki anbarda baş vermiş yanğın söndürülüb
Paytaxtda yanacaq-sürtkü məhsulları saxlanılan anbarda baş vermiş yanğının qarşısı alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki anbarda yanğının FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

