Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib - 6 nəfər həlak olub

Bakı-Quba yolunun 98-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib. Mersedes Vita markalı avtomobillə tır toqquşub. İkin məlumata görə ölənlər və yaralılar var. Yerveinsan.az xəbər verir ki, Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər həlak olub.

İlkin ehtimala görə, ölənlərdən biri "Mercedes-Vita" markalı avtomobilin sürücüsü, 5 nəfər isə sərnişini olub.