Sertifikasiya imtahanında gənc müəllimlər 100 faiz uğur qazanıblar
Sertifikasiyada iştirak edən 25-29 yaş arasında olan müəllimlər 100 faiz uğur qazanıblar. Sertifikasiyada bu yaş aralığındakı müəllimlərdən cəmi 3 nəfər 30-40 bal yığıb, əksəriyyət yüksək bal toplayıb. Yəni, yeni nəsil öz fənnini daha yaxşı bilir.
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən dinləmədə çıxışı zamanı söyləyib.
Nazir bildirib ki, sertifikasiyada 1653 müəllimin yaşı 60-dan yuxarı olub.
“Bölgələrdə yaşlı müəllimlərin informasiya-kommunikasiya texnologiyaları bacarığı əsasən aşağıdır. Amma uşağın qətiyyən günahı yoxdur ki, ona yaşlı müəllim dərs deyir. Uşaqlar bu cəmiyyətin parçasıdır. Onların gələcək həyatını informasiya-kommunikasiya texnologiyalarsız təsəvvür etmək olmur”, - deyə E.Əmrullayev vurğulayıb.//AZƏRTAC

