Bakıda arvadını bıçaqlayan kişi saxlanıldı

Dekabrın 15-də gecə saatlarında Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yerveinsan.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, hadisə rayonun Sabunçu qəsəbəsində baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla ağır bədən xəsarəti yetirib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

Polisin keçirdiyi tədbirlərlə A.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.