Sumqayıt sakini bıçaqla qətlə yetirilib

Bu gün saat 14 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində qəsəbə sakini 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun bıçaq xəsarətləri ilə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-dən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.