Gömrük Komitəsi 546 cinayət xarakterli fakt aşkarlayıb

Yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən 546 cinayət xarakterli fakt aşkarlanıb.

Komitədən bildirilib ki, bunlardan 71-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 110-u qaçaqmalçılıq və 424-ü isə digər cinayət xarakterli faktlardır. Bu əməlləri törədən şəxslərin sayı 555 nəfər olub.