Bakıda "Naxçıvan" restoranında yanğın olub

Bakıda restoranda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, günün birinci yarısında FHN-in 112 qaynar xəttinə "Naxçıvan" restoranında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in yanğından mühafizə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, restoranın tüstü bacasında yağ qalıqları yanıb.

 FHN-in yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətə söndürülüb.