Bu il 207 doktorant dövlət proqramı çərçivəsində təhsil alır

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 84 nəfər 7 ixtisas istiqaməti üzrə 12 ölkənin 40 universitetində təqaüd qazanıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda dövlət proqramı çərçivəsində 7 ixtisas istiqaməti üzrə 22 ölkənin 82 universitetində 207 doktorant təhsil alır.