ABŞ-da çovğunda ölənlərin sayı 23-ə çatıb
ABŞ-da qar fırtınası səbəbindən azı 23 nəfər ölüb.
Bu barədə NBC telekanalı məlumat yayıb.
İnsan itkisi Viskonsin, Kanzas, Kentukki, Kolorado, Missuri, Miçiqan, Nebraska, Nyu-York, Ohayo, Oklahoma və Tennessi ştatlarında qeydə alınıb. Daha əvvəl 16 nəfərin öldüyü bildirilirdi.

