BQXK-nın daha üç avtomobili Laçın yolundan maneəsiz hərəkət edib 

Şuşadan keçən Laçın-Xankəndi yolunda təşkil edilən aksiya on dörd gündür davam edir.

Bu dəqiqlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus üç avtomobil aksiyanın təşkil olunduğu ərazidən Xankəndi istiqamətinə sərbəst keçib.

Xatırladaq ki, səhər saatlarında BQXK-yə məxsus avtomobillərin Laçın istiqamətinə keçidi təmin edilmişdi.