Sülhməramlılara məxsus iki təminat avtomobili Laçın-Xankəndi yolundan maneəsiz keçib

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Yerveinsan.az xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 2  təminat avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Xatırladaq ki, dekabrın 26-da Laçın-Xankəndi yolundan Rusiya sülhməramlılarına məxsus 3 minik və 9 təminat avtomobilinin sərbəst keçidi təmin olunub. Avtomobillərdən 6-sı Laçından Xankəndiyə, qalan yarısı isə əks istiqamətdə hərəkət edib.