Şəmkirdə yeniyetmə oğlan bıçaqlanıb, saxlanılan var
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ü. Bayramovu bıçaqlamaqda şübhəli bilinən rayon sakini 2006-cı il təvəllüdlü Sənan Kərimov saxlanılıb.
Yerveinsan.az-ın məlumatına görə, bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Xatırladaq ki, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.
2005-ci il təvəllüdlü Ümid Bayramov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməmliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

