Fövqəladə hallar naziri İsmayıllı şəhərində vətəndaşların qəbulunu keçiriləcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2023-cü il yanvarın 5-də İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzinin binasında saat 10:00-dan İsmayıllı və Ağsu rayonları sakinlərinin qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən  bildiriblər ki, qəbula gələn vətəndaşların qeydiyyatı gələn il yanvarın 4-də Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız nazirliyin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Əlaqə: tel: +994 (12) 512-01-14, e-mail: [email protected]