Gədəbəydə polis silahdan ehtiyatsız davranması nəticəsində xəsarət alıb
Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib.
O, xəstəxanaya yerləşdirilib.
Araşdırmalar davam etdirilir.

