Çoxmərtəbəli binada baş verən partlayışda bir nəfər ölüb

Bu gün saat 16 radələrində Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.

Təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.