Azərbaycandan Gürcüstana keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb
Yanvar ayının 2-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 (bir) nəfər Nigeriya vətəndaşı saxlanılıb.
DSX-nin mətbuat xidmətindən bildiriblər ki, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyənləşib.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

