Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atanlardan biri həbs edildi

Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atılması ilə bağlı sosial şəbəkədə paylaşılan görüntülər araşdırılıb. 
Keçirilən tədbirlərlə qeyd olunan əməli törədən 2002-ci təvəllüdlü Elvin İsmayılov Elvin və 2006-cı il təvəllüdlü Fərid Cəfərov saxlanılıb.

Yerveinsan.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, E.İsmayılov alkoqol sərxoşluğu vəziyyətində Milli Konservatoriyanın qarşısından keçərkən tanışı F.Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykələ atdığını bildirib.
Faktla bağlı hər iki şəxsin barəsində İXM-in müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib, F.Cəfərov cərimə olunub, E.İsmayılov isə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.