Azərbaycanda donuz qripi virusu aşkarlanmayıb

Azərbaycanda epidemioloji vəziyyət diqqətlə izlənir. Bu mövsümdə indiyənədək ölkə ərazisində qripin H1N1variantı (donuz qripi) aşkarlanmayıb.

Yerveinsan.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən verilən məlumata görə, hərarət, baş ağrıları, ümumi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və ya tutulması kimi və s. əlamətlərlə şikayət edən şəxslərdən götürülmüş nümunələrdə arabir koronavirus aşkarlanır və belə halların sayı gündəlik statistik məlumatlarda öz əksini tapır.

Təyyar Eyvazov xatırladıb ki, müxtəlif ölkələrdə, o cümlədən qonşu ölkələrdə qripin H1N1variantı yayılıb.